"Neftçi" Sabir Buqrini yaxşı qiymətə satıb, əldə olunan gəlirlə üzdə olan yerli oyunçuları heyətə cəlb etmək istəyir.

 

Rekord.az "Futbol plus"a istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçinin satılmasına Samir Abasov da razılıq verib.

 

Mütəxəssis onun əvəzinə eyni funksiyaları yerinə yetirən Sezar Meza Kollini oynatmağı düşünür.