
"Neftçi" bu futbolçunu bəyənmədi və göndərdi
- 26 Yan 2022 16:00
- 728
"Neftçi"nin Antalyadakı təlim-məşq toplanışı zamanı baxışa çağırdığı panamalı futbolçu Ansoni Alexandro Frias Qonsaleslə bağlı yekun qərarı bəlli olub.
Rekord.az xəbr verir ki, klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevin fanat.az-a verdiyi məlumata görə, 21 yaşlı forvardın hazırlıq səviyyəsi baş məşqçi Samir Abasovu razı salmayıb.
Gənc hücumçu artıq komandanın düşərgəsini tərk edib.