
“Neftçi” braziliyalı hücumçusu ilə yolları ayırdı
- 26 Noy 2024 18:20
- 172
“Neftçi” braziliyalı hücumçusu Andre Şinyaşiki ilə yolları ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
2023-cü ilin avqustunda transfer olunmuş Şinyaşiki “Neftçi”nin heyətində 38 rəsmi oyun keçirib, 5 qol vurub.