
“Neftçi” braziliyalı hücumçusu ilə vidalaşdı
- 27 İyn 2022 12:40
- 489
“Neftçi” futbolçu Ramon Maçado ilə başa çatan müqavilə yenilənməyib.
Rekord.az xəbər verir ki, paytaxt klubu braziliyalı hücumçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, 2021-ci ilin sentyabrında transfer olunmuş Maçado “Neftçi”nin heyətində 28 oyun keçirib, 7 qol vurub.