Tiaqo Bezerranın "Neftçi" ilə müqaviləsi başa çatsa da, ona hələ də yeni müqavilə təklif olunmayıb.

Rekord.az-ın əldə etdiyi məlumata görə, rəhbərlik də, futbolçu özü də əməkdaşlığın davam etməsində maraqlıdır.

Yeganə problem yeni baş məşqçi ilə bağlıdır. Çünki yeni baş məşqçinin kimliyi bilinməli, onun Bezzeranın xidmətində maraqlı olub-olmadığı məlum olmalıdır. Buna görə də rəhbərlik futbolçuya bir neçə gün də gözləməyi məsləhət görüb.