“Neftçi” Azərbaycan Kubokunun qalibi oldu
- 20:00
- 38
"Neftçi" İK futzal üzrə Azərbaycan Kubokunun qalibi olub.
Rekord.az xəbər verir ki, həlledici qarşılaşmada "Araz-Naxçıvan"la qarşılaşan "ağ-qaralar" 5:3 hesabı ilə qalib gəliblər.
Matç Bakı İdman Sarayında gerçəkləşib.
Xatırladaq ki, mayın 18-də bu komandalar arasında baş tutan Yüksək Liqanın həlledici matçında "Araz-Naxçıvan" 5:2 hesablı qələbə qazanaraq 20-ci dəfə Azərbaycan çempionu olub.