
"Neftçi" Azər Salahlı məsələsini təsdiqlədi: "Danışıqlara başlanılıb"
- 28 Dek 2021 17:00
- 695
Samir Abasovun komandası uzun müddətdi ki, sol cinah müdafiəçisi çatışmazlığından əziyyət çəkir.
Rekord.az xəbər verir ki, təcrübəli mütəxəssis Yusuf Lavalı həm burda, həm də yarımmüdafiədə oynadır.
Bu da komandanın çıxışına təsir göstərir. Artıq “Neftçi” bu problemi həll etmək üzrədi. “Ağ-qaralar” millimizin üzvü Azər Salahlını transfer etməyi planlaşdırır. “Keşlə”nin müdafiəçisi ilə danışıqlar başlayıb.
Məsələ ilə bağlı Rüstəm Allahverdiyevin fikirləri belə oldu: “Bəli, Azər Salahlı maraqlandığımız futbolçudu. Onunla artıq danışıqlara başlanılıb. Bundan əlavə, futbolçunun çıxış etdiyi “Keşlə” ilə danışıq gedir. Onunla bağlı hansısa yenilik olsa, ictimaiyyətə bu haqda məlumat veriləcək”. ("Futbol plus")