
"Neftçi" "Aris"i harada qəbul edəcək?
- 20 İyn 2022 17:00
- 711
Məlum olduğu kimi, "Neftçi"nin ev oyunlarını keçirdiyi "Bakcell Arena" bir müddətdir ki, təmirdədir.
Rekord.az xəbər verir ki, təmirin avrokubok oyunlarına kimi yekunlaşıb-yekunlaşmayacağı məlum deyildi.
Lakin əldə etdiyimiz son məlumata görə, artıq işlərin böyük hissəsi görülüb. Əsas olan qazondur ki, onun durumu da qənaətbəxşdir. Düzdür, hələ işlər tam bitməyib. Amma gələn ayın əvvəllərinə kimi yekunlaşacağı gözlənilir. Əgər işlərdə hər hansı fəsad üzə çıxmasa, "Neftçi" Konfrans Liqasının II mərhələsində "Aris"i burada qəbul edəcək.