Azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi Çexiyanın “Viktoriya” (Jijkov) komandası yoxlama oyunu keçirib.

Rekord.az xəbər verir ki, Nəbiyevin komandası “Mlada Boleslav”ın əvəzedici heyətiylə qarşılaşıb.

Oyun “Viktoriya”nın 4:0 hesablı qələbəsiylə başa çatıb. Jijkov komandasının 3-cü qolunu Nəbiyev vurub.