
Nazirlik işğaldan azad olunmuş bölgələrə AFFA-nı yaxın buraxmayacaq
- 24 Noy 2021 12:00
- 1084
Qarabağ işğaldan yeniu azad olunan vaxtlarda AFFA-da gurultulu bəyanatla çıxış etdi, məlumat paylaşdı ki, işğaldan azad olunmuş ərazilərdə stadionlar tikəcək, komandalar yaradacaq. Lakin üstündən 1 il vaxt keçsə də federasiyadan heç bir tərpəniz yoxdur. Ərazilər minadan tam təmizlənmədiyi üçün infrastruktur baxımından işlərə start verilməməsi anlalışandı. Lakin komandaların yaradılmaması...
Rekord.az-a bununla bağlı maraqlı məlumat daxil olub.
Məlumata görə, gənclər və idman nazirliyi AFFA-nı işğaldan azad olunmuş bölgələrə yaxın buraxmağı düşünmür. Çünki federasiyanın niyyəti tamam başqa idi. AFFA bütün bölgələrin futbol və infrastrukturunu əlinə almağı düşünürmüş. Bütün rayonlarda süni örtüklü meydançalar salınacaqdı və AFFA-nın nəzarətində olan həvəskar səviyyəli komandalar yaradılacaqdı. Lakin federasiyanın o qədər də xoş olmayan niyyətindən duyuq düçən nazirlik onları yaxına buraxmamağa qərar verib. Düzdür, futbil federsiyası olaraq, AFFA da quruculuq işlərində hansısa formada iştirak edəcək. Lakin stadionların qurulması və komandaların yaradılmasına birbaşa nazirlik özü nəzarət edəcək.