
Nazir mərkəzi arenaya baş çəkdi, “Qarabağ” rəsmiləri ilə görüşdü
- 30 İyn 2022 21:00
- 431
Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbov bu gün Tofiq Bəhramov adına Respublika stadionunu ziyarət edib.
Rekord.az xəbər verir ki, nazir Ağdam klubunun UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Lex” (Polşa) ilə keçirəcəyi oyunun hazırlıq işləri ilə tanış olub və öz tövsiyələrini verib.
“Qarabağ”ın vitse-prezidenti Fevzihan Aras nazirə zaman ayırdığı və işləri ilə tanış olduğu üçün təşəkkür edib.
Xatırladaq ki, “Qarabağ”ın “Lex"lə ilk oyunu iyulun 5-də səfərdə, cavab görüşü isə bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


