Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmiş tələbələr arasında futzal turnirinə yekun vurulub.

Rekord.az xəbər verir ki, final qarşılaşmasında Naxçıvan Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin komandaları meydana çıxıblar.

Görüşü 3:1 hesablı qələbə ilə tamamlayan NDU tələbələri turnirin əsas mükafatlarına yiyləniblər. Lənkəran Dövlət Universitetinin təmsilçiləri isə üçüncü olublar. İlk üç yerin sahibi olan komandalara medal və pul mükafatı, çempion komandaya kubok təqdim edilib.

Turnirdə 19 ali və orta ixtisas təhsili müəssisəsinin komandaları iştirak edib. Yarışın məqsədi Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd olunması, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin futzala olan marağının artırılması, bu növün təbliğ edilməsi, tələbələrdən ibarət yığma komandanın formalaşdırılmasından ibarət olub.