
Naxçıvan stadionunun qazonu yenilənəcək
- 16 May 2022 12:00
- 856
Növbəti mövsümdən I Divizionda çıxış edəcək “Araz Naxçıvan”da indidən buna ciddi hazırlıqlar gedir.
Rekord.az xəbər verir ki, dəyişiklik tək heyətlə bağlı olmayacaq.
Komandanın infrastrukturu da yenilənəcək. Əldə etdiyimiz məlumata görə, mayın sonlarından mərkəzi stadionun qazonu əsaslı təmir olunacaq, demək olar ki, yenilənəcək. Komanda rəhbərliyi sentyabr ayına kimi, yeni qazonu hazır duruma gətirməyi düşünür.