Xəbər verdiyimiz kimi, Premyer Liqaya hazırlaşan "Araz Naxçıvan" lisenziya şərtlərinə uyğun işlərin görülməsi ilə məşğuldu.

Rekord.az xəbər verir ki, bu məqsədlə şəhər stadionunun təbii örtüklü qazonu süni örtüklə əvəzlənəcək.

Komandanın baş məşqçisi Azər Bağırovun saytımıza verdiyi açıqlamaya görə, işlərə mayın 25-dən sonra başlanılacağı gözlənilir. Yeni mövsümün startına kimi isə bütün işlərin yekunlaşdırılması nəzərdə tutulub.