"Napoli"nin qapıçısı David Ospina Səudiyyə Ərəbistanından təklif alıb. 

Rekord.az xəbər verir ki, informasiyanı insayder Nikolo Skira yayıb. 

Mənbə "Əl-Nasr" klubunun futbolçuya elçi düşdüyünü bildirib. Ərəblər qolkiperə bonuslar nəzərə alınmadan, illik 3,5 milyon avro maaşla 3 illik müqavilə təklif edib.

Kolumbiyalının "Napoli"dən ayrılacağı ehtimalı yüksəkdir. Bu gün, iyunun 30-da 33 yaşlı qolkiperin neapolllularla müqaviləsinin müddəti başa çatır.