İtaliyanın “Napoli” klubunun futbolçusu Viktor Osimhen zədələnib.

Rekord.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Nigeriyalı hücumçu A Seriyasının 13-cü turunun “İnter”lə səfər matçında zədələnib.

Osimhen Milanda əməliyyat olunacaq və azı bir ay yaşıl meydanlardan uzaq qalacaq.