İtaliyanın “Napoli” klubunun futbolçusu Adam Unasın evi qarət olunub.

Rekord.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Unas “Milan”la A Seriyası matçı üçün səfərə yollanmazdan bir saat əvvəl klubun bazasından ayrılaraq evinə gedib. O, evdə iki soyğunçu ilə qarşılaşıb. Oğrular Unasdan 5 min avro pul və qızıl-zinyət əşyaları tələb ediblər. Futbolçu qarətçilərin istədiklərini verməyə məcbur olub.

Əlcəzairli futbolçu daha sonra hadisə haqda Neapol polisinə məlumat verib.

Bu gün keçiriləcək “Milan” – “Napoli” matçına saat 23:45-də start veriləcək.