“Napoli”nin futbolçusu Lorenso İnsinye koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, bu barədə Neapol təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İtalyan hücumçunun koronavirus testi müsbət çıxıb.

“Napoli” A Seriyasının 19-cu turunda bu gün “Spetsiya” ilə qarşılaşacaq. İnsinyenin bu oyunda komandasına kömək edə bilməyəcəyi diqqətə çatdırılıb.