İtaliyanın “Napoli” klubunun futbolçusu Pyotr Zelinski koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Zelinskinin koronavirus testi müsbət çıxıb və o, evdə təcrid olunub.

“Napoli” A Seriyasının 21-ci turu çərçivəsində bu gün “Sampdoriya”nı qəbul edəcək. Matç saat 19:30-da başlayacaq.