“Napoli” hücum xəttini gücləndirib.

Rekord.az xəbər verir ki, Neapol klubu “Verona”dan Siril Nqonqeni heyətə cəlb edib.

İtaliya mətbuatı 23 yaşlı vinger üçün "Verona"ya 20 milyon avro təzminat ödənildiyini yazıb. Müqavilə müddəti açıqlanmayıb.

Belçikalı futbolçu bu mövsüm A seriyası təmsilçisinin heyətində 21 matçda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.