
Naninin yeni klubu rəsmən açıqlandı
- 15 Yan 2022 12:40
- 530
Son olaraq ABŞ-ın “Orlando Siti” klubunda çıxış edən Luis Naninin yeni ünvanı məlum olub.
Rekord.az xəbər verir ki, portuqaliyalı hücumçu İtaliya “Venetsiya”sına keçib.
Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Azad agent statusuna malik futbolçu ilə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.
Nani daha əvvəl İtaliyada “Latsio”da çıxış edib.