
Nani kaeyerasını Braziliyada davam etdirə bilər
- 17 Dek 2021 16:00
- 481
Son olaraq ABŞ-ın “Orlando Siti” klubunda çıxış edən və hazırda azad agent olan Luiş Nani karyerasını Braziliyada davam etdirə bilər.
Rekord.az xəbər verir ki, 35 yaşlı futbolçu ilə “Fluminense” yaxından maraqlanır.
Bu barədə Braziliya mətbuatı məlumat yayıb. “Fluminense” portuqaliyalı futbolçu ilə danışıqlarını davam etdirir.
Nani karyerası ərzində İngiltərədə “Mançester Yunayted”, Türkiyədə “Fənərbaxça” kimi klublarda da çıxış edib. Hücumçu Portuqaliya yığmasında 112 oyunda 23 qol vurub.