
Namiq Ələskərovun klubunda radikal addım
- 23 Noy 2021 14:44
- 444
Millimizin futbolçusu Namiq Ələsgərovun çıxış etdiyi "Bursaspor" radikal addım atıb.
Rekord.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna komandanın son 2 turda məğlub olması səbəb olub. Klub prezidenti Hayrettin Gülgülər məğlubiyyətlərdən sonra üç futbolçu - kapitan sarğısını daşıyan Burak Altıparmak, Aykut Akgün və Cüneyt Közlə ilə yolları ayırdıqlarını açıqlayıb. O, həmçinin azarkeşlərə nəyin bahasına olur-olsun, mövsümün sonunda Superliqaya vəsiqə qazanacaqları ilə bağlı vəd verib.
Qeyd edək ki, bu yay "Bursaspor"a keçən N.Ələsgərov meydana çıxdığı 9 oyunda 2 qol vurub, 4 qolun ötürməsini verib.