
Namik Ələskərov “Sabah”da!
- 17 İyn 2022 10:24
- 487
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Namik Ələskərov bundan sonra sözügedən komandanın uğurları üçün çalışacaq.
27 yaşlı yarımmüdafiəçi ilə bağlanmış müqavilənin müddəti 3 ildir.
Namik karyerası ərzində ölkəmizdə “Bakı”, “Qarabağ”, “Kəpəz”, “Neftçi” klublarında çıxış edib. Onun son komandası Türkiyə “Bursaspor”u olub.
Ələskərov “Sabah”da 17 nömrəli formada çıxış edəcək.