
Nağıyevli “Obolon”dan səfər qələbəsi
- 21 Avq 2023 12:30
- 338
Ukrayna Premyer Liqasında 4-cü turunun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Dmitri Nağıyevin komandası – “Obolon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv bu turda “Dnepr-1” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası səfərdə baş tutan bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Start heyətdə meydana çıxan Dmitri 61-ci dəqiqədə əvəzlənib.
4 turdan sonra 4 xala malik “Obolon” 16 komanda arasında 9-cudur.