"Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutunun yeni klubu rəsmiləşib.

Rekord.az xəbər verir ki, rumıniyalı mütəxəssis ölkəsinin ÇFR klubuna baş məşqçi təyin edilib.

Bu barədə yüksək liqa təmsilçisinin saytı məlumat yayıb. İlkin açıqlamada onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Mutu bu mövsümün ilk yarısında "Neftçi"ni çalışdırıb.

Əlavə edək ki, ÇFR hazırda 36 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.