
Mutu Lebonu buraxmaq istəmir
- 30 Avq 2023 14:00
- 638
Son günlər mətbuatda "Neftçi"nin futbolçusu Lebona bir sıra klublardan təkliflər olmasına dair məlumatlar tirajlanıb.
Rekord.az-a daxil olan məlumata görə, bu məlumatlar baş məşqçi Adrian Mutunu bərk narahat edib.
Belə ki, o, rəhbərliklə danışaraq Lebon satılmasının qəti əlehinə olduğunu bildirib. Rəhbərlik də rumıni əmin edib ki, belə bir hal baş verməyəcək və sözügedən futbolçu mövsümün sonuna qədər "Neftçi"də çıxışını davam etdirəcək.