Ukrayna Premyer Liqasında 23-cü turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Emil Mustafayevin formasını geyindiyi “Polesye” də növbəti matçına çıxıb.

Sözügedən komanda “Minay”la səfər matçından 3:2 hesablı qələbə ilə ayrılıb.

Emil də bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə oynadığı bu görüşdə komandasının 3-cü qolunun (59-cu dəqiqə) müəllifi olub.

“Polesye” hazırda 36 xalla 6-cı pillədə qərarlaşıb.