İsveç çempionatında 22-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Musa Qurbanlının komandası “Yurqorden” səfərdə “Norçöpinq”lə qarşılaşıb.

Qonaqlar bu oyundan 2:0 hesablı qələbə ilə ayrılıblar. Musa da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90+4-cü dəqiqədə əvəzlənib.

“Yurqorden” 40 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.