İsveç çempionatında 2-ci turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, Musa Qurbanlının komandası “Yurqorden” də növbəti matçına çıxıb.

Futbolçumuzun komandası doğma meydanda “Hakken”lə qarşılaşıb. Altı qolluq matçda qalib müəyyənləşməyib – 3:3.

Musa bu oyunun iştirakçısı olmayıb. Azərbaycanlı hücumçu sonadək ehtiyatda qalıb.

“Yurqorden” hazırda 4 xalla 5-ci pillədə qərarlaşıb.