“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, o, 1:5 hesabı ilə uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Rəqib bütün komponentlərdə güclü idi və layiqli qələbə qazandı. Belə demək olarsa, onlara çox hörmət etdik və uduzduq. “Qarabağ” yaxşı təşkil olunmuş, hücum futboluna üstünlük verən komandadır. Mövqe dəyişikliklərindən yararlana, matçı kəskinləşdirə bilirlər. Fərdi keyfiyyətləri yüksək olan futbolçulara malikdirlər. Cinah oyunçuları xüsusən fəaldır.

Hər dəfə eyni sual verilir. Dünyada heç bir baş məşqçi öncədən bunu deyə bilməz. Bir neçə oyunçu almaq, komandanı gücləndirmək istəyirik. Amma indi bu barədə dəqiq nəsə demək çətindir”.