
Murad Musayev: "Bütün oyunları udmaq istəyirəm"
- 11 Dek 2021 20:30
- 615
"Sabah"ın baş məqçisi Murad Musayev "Kəpəz"lə ölk kubokunun 1/8 final matçından (3:0) sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, rusiyalı məşqçi oyunu iki fərqli hissələrə bölüb: "İlk hissə çox çətin oldu. Rəqib demək olar ki, bizə boşluq vermədi. Əvəzində əks hücumda çox təhlükəli idilər. İkinci nhissədə isə daha çox hücuma çıxdıq, vertikal oynadıq və nəticədə yaxşı qollar vurduq. Bizim üçün çox vacib qəlbə idi. Xüsusiə azarkeşlərə təşəkkür edirəm".
Musayev çempionatdakı durumları və ümumiyyətlə bu mövsümkü hədəfləri haqda da danışıb: “Bizim üçün bütün oyunlar önəmlidir. Fərqi yoxdur, kubok, ya çempionat. Rəhbərlik tərəfindən də qarşıma konkret hədəf qoyulmayıb ki, mütləq avrokuboklara vəsiqə qazanmalıyıq. Amma mən özüm bütün oyunları udub bu nətcəyə çatmaq istyirəm. Həmçinin də futbolçularımız. Addım-addım da buna getməliyik”.