Mövsümün ən yaxşıları açıqlandı
- 18:00
- 37
İtaliya A Seriyasında sona 1 tur qalmış cari mövsümün ən yaxşı oyunçuları açıqlanıb.
Rekord.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
"İnter"in müdafiəçisi Federiko Dimarko çempionatında ilin oyunçusu seçilib. Müdafiəçi bu mövsüm 18 məhsuldar ötürmə edərək, Alehandro Qomesin (16) turnir rekordunu qırıb.
"İnter"in hücumçusu Lautaro Martines liqanın ən yaxşı hücumçusu seçilib . Argentinalı 29 oyunda 17 qol vurub və 6 məhsuldar ötürmə edib. "Komo"nun hücumçusu Niko Paz isə ən yaxşı yarımmüdafiəçisi seçilib. Argentinalı yarımmüdafiəçinin aktivində 35 oyunda 12 qol və altı məhsuldar ötürmə var.
"Roma"nın qapıçısı Mile Svilar 37 oyunda 31 qol buraxaraq və 17 dəfə qapısını toxunulmaz saxlayaraq öz mövqeyində ən yaxşı oyunçu olub. "Kalyari"nin futbolçusu Marko Palestra mövsümün müdafiəçisi adına layiq görülüb. İtaliyalı futbolçu 36 oyunda meydana çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.
"Yuventus"dan Kenan Yıldız 10 qol və 6 məhsuldar ötürmə ilə mövsümün ən yaxşı gənc futbolçusu seçilib.