Mövsümün ən yaxşı futbolçusu açıqlandı
- 16:20
- 43
Bruno Fernandes İngiltərədə mövsümün ən yaxşı futbolçusu seçilib.
Rekotd.az xəbər verir ki, “Mançester Yunayted"in kapitanı Futbol Jurnalistləri Assosiasiyasının (FWA) versiyasına görə 2025/26 mövsümünün ən yaxşı oyunçusu adını qazanıb.
Portuqaliyalı yarımmüdafiəçi bu mövsüm komandasının hücum xəttində əsas fiqurlardan biri olub və sabit çıxışı ilə seçilib. 31 yaşlı futbolçu bu mövsüm "Mançester Yunayted"də 36 oyuna 8 qol vurub, 22 qol ötürməsi edib.
Qeyd edək ki, FWA mükafatı İngiltərə futbolunda ən nüfuzlu fərdi mükafatlardan biri hesab olunur və hər il jurnalistlərin səsverməsi ilə müəyyən edilir.