“Roma”nın keçmiş futbolçusu Daniele De Rossi komandanın baş məşqçisi Joze Mourinyonu tərifləyib.

Rekord.az xəbər verir ki, İtaliya mətbuatına danışan Ross, portuqaliyalı çalışdırıcının tarixin ən yaxşı məşqçilərindən olduğunu söyləyib:

“Mourinyo futbol tarixinin ən yaxşılarından biridir. Onun performansını aşağı salacaq şeylər olmasa,

“Roma” mövsümün sonunda yuxarı pillələrdə olacaq. O, tarixin ən yaxşı dörd-beş məşqçisindən biridir. Onu çox sıxmamalıyıq.

“Roma”nı kənardan izləmək daha yaxşıdır. Mourinyonun yerində olmaq istəmərəm. Komandanın çətin zamanlarda belə, düşdüyü vəziyyətdən tez çıxa biləcəyini düşünürəm”.