
Mourinyonun 800 avroluq buts söz verdiyi futbolçu dubla imza atdı
- 22 Noy 2021 13:42
- 437
“Roma” İtaliya A Seriyasının 13-cü turunda “Cenoa”nı 2:0 hesabıyla məğlub edib.
Rekord.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Joze Mourinyo sözügedən oyunda dubl edən Feliks Afena-Qyana 800 avroluq buts alacağını deyib.
Bu barədə portuqaliyalı mütəxəssis İtaliya mətbuatına açıqlamasında bildirib:
“Feliksə “Cenoa” ilə oyunda qol vurarsa, ona bahalı olan – 800 avroluq buts alacağıma söz vermişdim. Qoldan sonra yanıma gəldi və sözümü unutmamağımı dedi. Sabah ilk işim ona buts almaq olacaq”.
18 yaşlı Feliks “Roma”nın əsas komandasıyla 3 oyuna çıxıb. O, “Cenoa” ilə səfər matçının 74-cü dəqiqəsində meydana buraxılıb. Gənc futbolçu 82 və 90+4-cü dəqiqələrdə vurduğu qollarla diqqət mərkəzinə düşüb.