“Roma”nın baş məşqçisi Joze Mourinyo komandanın  hücumçusu Feliks Afena-Qyana verdiyi sözü tutub. 

Rekord.az İtaliya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis 18 yaşlı oyunçuya A Seriyasının 13-cü turunda “Cenoa” ilə matçda (2:0) qol vuracağı təqdirdə, ona idman ayaqqabası alacağını deyib.

Qyan sözügedən görüşdə dubla imza atıb. 

Mourinyo verdiyi sözə əməl edərək qanalı futbolçuya  800 avro dəyərində idman ayaqqabısı hədiyyə edib.