A seriyasının 20-ci turunda “Milan” “Roma”ya qalib gəlib – 2:0.

Rekord.az xəbər verir ki, “Milan” azarkeşləri oyunun gedişində Mourinyonu fitə basıblar.

Qarşılaşmadan sonra portuqal mütəxəssis fikirlərini bildirib:

“3 il əvvəl məni “Milan”a dəvət etdilər. Onda3 gün düşünməli oldum və təklifi qəbul etmədim. Buna görə də çox xoşbəxt idim.

Bu gün baş verənlərdən sonra isə həmin qərarıma görə ikiqat xoşbəxt olduğumu deməliyəm”.

Mourinyo “Roma”ya 2021-ci ilin iyulundan başçılıq edir.