
Moskva “Dinamo”sunda yeni baş məşqçi
- 18 İyn 2022 11:15
- 470
Moskva "Dinamo"sunun yeni baş məşqçisi müəyyənləşib.
Rekord.az xəbər verir ki, bu vəzifəyə Slavişa Yokanoviç təyin olunub.
Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Yeni baş məşqçi ilə 1+2 illik müqavilə imzalanıb. Serb mütəxəssis "Herta"ya keçən Sandro Şvartsı əvəzləyib.
Yokanoviçin son klubu 2021-ci ilin noyabrında istefaya göndərildiyi "Şeffild Yunayted" olub.