
"Morata heç yerə getməyəcək"
- 06 Yan 2022 17:42
- 506
"Yuventus"un futbolçusu Alvaro Morata komandadan ayrılmayacaq.
Rekord.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Massimiliano Alleqri danışıb. O, 29 yaşlı hücumçunun A seriyası təmsilçisində qalacağını bildirib:
"Morata heç yerə getməyəcək. Ötən mövsüm o, 21 qol vurub. Bu mövsüm isə artıq 7 qola imza atıb. Alvaronun problemi odur ki, o, həmişə nəyisə əksik etdiyini düşünür. Onunla danışdım və dedim ki, getməyəcək. Çünki Moratanı dünyada ancaq 4-5 hücumçu əvəz edə bilər. Alvaro yaxşı əhval-ruhiyyədədir, mövzu bağlanıb".