
Morata "Barselona" ilə razılığa gəldi
- 04 Yan 2022 11:25
- 513
"Yuventus"da çıxış edən Alvaro Morata karyerasını "Barselona"da davam etdirəcək.
Rekord.az xəbər verir ki, Kataloniya təmsilçisi müqavilə ilə "Atletiko"ya (Madrid) məxsus olan 30 yaşlı hücumçunun transferi ilə bağlı razılığa gəlib.
Forvard yanvarda "Barselona"ya keçəcək və 18 aylıq icarəyə götürüləcək. Klub La Liqadakı maaş həddidə görə hələlik Moratanın keçidini elan edə bilməyəcək.
Alvaro Morata cari mövsüm "Yuventus"un heyətində 22 oyuna çıxıb, 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.