
“Monako”da yeni futbolçu
- 02 Yan 2022 16:00
- 578
Fransanın “Monako” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Qremio”dan Vandersonu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı müdafiəçi ilə müddəti 2027-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
Fransa mətbuatının xəbərinə görə, “Monako” Vanderson üçün “Qremio”ya 11 milyon avro ödəyib.