1-ci liqada 17-ci tur start götürüb.

Rekord.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

MOİK öz meydanında "Araz Saatlı"nı qəbul edib və 6:4 hesabı ilə qalib gəlib. Bu qələbə ilə xallarını 32-yə çatdıran ordu klubu liderliyə yüksəlib.

MOİK - "Araz Saatlı" - 6:4
Qollar
: Elmir Rəhimzadə, 23, 87, Ramil Orucov, 37, Nicat Əskərov, 39, Nihad Qurbanlı, 58, Cavidan Abbaszadə, 82 - Nurlan Bayramov, 44-avtoqol, Sequn Omotoşo, 48, Şamil Abdullayev, 62, Rəvan Əvəzov, 77

Qeyd edək ki, turun digər görüşləri 7-8 mart tarixlərində keçiriləcək.

N Klublar O Q H M T-F X
1 MOİK 17 9 5 3 36-18 32
2 İmişli 16 9 5 2 24-9 32
3 Qaradağ Lökbatan 16 9 5 2 27-11 32
4 Şamaxı 16 8 6 2 32-14 30
5 Karvan 16 8 3 5 24-17 27
6 İrəvan 16 7 2 7 20-23 23
7 Zaqatala 16 4 7 5 20-22 19
8 Mingəçevir 16 4 3 9 12-23 15
9 Difai Ağsu 16 2 3 11 13-31 9
10 Araz Saatlı 17 1 1 15 13-53 4

 

Bombardirlər:

Elşad Tağıyev ("Şamaxı") - 11 qol
Elmir Rəhimzadə (MOİK) - 9 qol
Emin Zamanov ("Şamaxı") - 8 qol
Seyxan Fərəcov ("Qaradağ Lökbatan") - 8 qol
Xəzər Mahmudov ("İmişli") - 7 qol
Peter Kinqs ("Karvan") - 6 qol
İsa Zeynallı (MOİK) - 6 qol