
Mirabdulla ilə bağlı qərarı Regekampf verəcək
- 29 İyn 2022 12:00
- 3041
Samir Abasovun bəyənməyərək əvəzedici komandaya göndərdiyi Mirabdulla Abbasov əsas komandanın məşqlərində iştirak edir.
Rekord.az xəbər verir ki, bu, hələ Mirabdullanın əsas komandada qalacağı anlamına gəlmir.
Bununla bağlı suallara "Neftçi" ölkə xaricinə yollanana kimi aydınlıq gələcək. Əgər Abbasovun hazırlıq səviyyəsi rumıniyalı baş məşqçini qane etsə, xaricdəki toplanışa aparılacaq. Əks halda ya transferə çıxarılacaq, ya da əvəzedici komandaya göndəriləcək.