"Mingəçevir"in Müşahidə Şurasının sədri postundan ayrılan Rövşən Əhmədovun işsiz günləri uzun sürməyib.

Rekord.az xəbər verir ki, sabiq hakim yenidən AFFA-dakı işinə bərpa olunub.

Bu haqda saytımıza Əhmədov özü məlumat verib: "Artıq klubla əmək müqaviləmə də xitam verilib. Bundan sonra  AFFA-ya müraciət etdim və sağ olsunlar, yenidən məni öz işimə bərpa elədilər. Artıq sənədlərimi təqdim etmişəm, qış fasiləsindən sonra yenidən hakim-inspektor kimi oyunlara təyinat alacaq. Açığı sevinirəm ki, sevimli işimə geri döndüm. Onsuz məcburiyyətdən hakim-inspektorluqdan ayrılmışdım. Çünki klub rəhbəri kimi işləyib hakim-inspektor kimi oyunlara gedə bilməzdim. Klubdan ayrıldıqdan sonra isə belə bir maneə qalmadı. Açığı, klub rəhbəri kimi çalışmaq tam ürəyimcə deyildi. Yəni mənlik iş deyildi".