Son zamanlar AFFA-dan maliyyələşən klublarda ayırlan vəsaitin düzgün xərclənməməsi, müəyyən maliyyə pozuntularının olmasına dair məlumatlara tez-tez rast gəlirik.

Rekord.az xəbər verir ki, I Divizionda çıxış edən komandaların da adı bu siyahıdan kənarda deyil və bu komandalar arasında “Mingəçevir”in də adı çəkilir.

Deyilənə görə, bu komanda aparılan audit yoxlamalarından sonra maliyyə pozuntusu ilə bağlı faktlar üzə çıxıb. Məsələyə münasibət öyrənmək üçün komandanın müşahidə şurasının sabiq sədri Rövşən Əhmdovla əlaqə saxladıq. Çünki məlum söhbətlər onun rəhbərliyi dövründən üzü bəri yayılıb. Sabiq referi məsələyə qısa və konkret münasibət bildirdi: “Mingəçevir”də nə böyük büdcə var idi ki, yeyinti də olsun? Hansısa yeyintidən, maliyyə pozuntusundan söhbət belə gedə bilməz. AFFA-dan 2-3 dəfə audit də gəlib yoxlayıb, Bəhram Dadaşov şəxsən gəlib yoxlamışdı, bütün sənədlərə baxmışdı, heç bir pozuntu da aşkarlanmamışdı”.