I Divizion təmsilçisi "Mingəçevir" II dövrənin hazırlıqlarını davam etdirir.

Rekord.az xəbər verir ki, komanda "Kür" Olimpiya Tədris-İdman mərkəzində 1 həftəlik təlim-məşq toplanışına yığışıb.

Komandanın mətbuat xidmətinin rəhbəri Elnur Qasımovun saytımıza verdiyi məlumata görə, 6 futbolçu ilə yollar atrılıb. Onların əvəzinə 7 futbolçu komandanın məşqlərinə cəlb olunub və yaxın günlərdə önlarla müqavilə bağıanacaq. Yoxlama görüşlərinə gəlincə, Qasımov hazırda 2-3 komanda ilə bu yöndə danışıqlar aparıldığını bildirdi.