Futzal üzrə Avropa çempionatının qrup mərhələsində bu gün keçirilən Azərbaycan - Bosniya və Herseqovina matçında azarkeşlər "AFFA - istefa" şüarları səsləndirib.

 

"Rekord.az" xəbər verir ki, fanatlar oyun ərzində həm şüarı səsləndirib, həm də eyni mətnin yazıldığı pankartı açıblar.

 

Şüarlar "Milli dəstə" azarkeş qrupunun üzvləri tərəfindən səsləndirilib.