
Millimizlə oyun öncəsi İrlandiya millisinin düşərgəsində qalmaqal
- 07 Okt 2021 13:11
- 509
Azərbaycan millisinin DÇ-2022-dəki rəqibi İrlandiya yığmasında komandamızla Bakıdakı matç öncəsi qalmaqal yaşanıb.
Rekord.az xəbər verir ki, millinin 26 futbolçusundan 8-i koronavirusa qarşı peyvənd olunmaqdan imtina edib.
Bu barədə RTE telekanalının sabiq eksperti Eymon Danfi "Sundayworld" nəşrinə açıqlamasında bildirib. Sözügedən oyunçuların komanda yoldaşları Kallum Robinsonun vaksin vurdurmayacağı ilə bağlı fikrindən sonra belə addım atdıqları bildirilib.
Qeyd edək ki, İrlandiya millisi oktyabrın 9-da Bakı Olimpiya Stadionunda Azərbaycan yığmasının qonağı olacaq.