Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Nikalina Başnakova növbəti mövsümdə də Türkiyədə çıxış edəcək. "Rekord.az" xəbər verir ki, gənc hücumçumuz son mövsüm formasını geyindiyi "Sariyer Belediyespor" klubunun şərəfini qoruyacaq. 

 Son mövsümü bu klubda keçirən voleybolçumuz ən azı bir il daha komandasının uğurları üçün çalışacaq. 

Qeyd edək ki, "Sariyer" yığmamızın üzvü ilə yanaşı, daha 6 oyunçu ilə müqaviləsini uzadıb.